"Çiçəklənən Ermənistan" partiyasının seçki siyahısında yer alan ilk üç nəfərin adı açıqlanıb.

Unikal.org xəbər verir ki, bu bu barədə partiyanın parlament fraksiyasının katibi Arman Abovyan “Facebook” hesabında yazıb.

Belə ki, siyahıya partiyanın lideri Qaqik Tsarukyan rəhbərlik edir. İkinci yerdə deputat Mikael Melkumyan, üçüncü sırada isə Tsarukyanın mətbuat katibi İveta Tonoyan gəlir.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri 20 iyun tarixində keçiriləcək. Müvafiq qərar mayın 10-da Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən imzalanıb.