Bakının bəzi məktəblərində həftənin 5 günü əyani dərslər olacaq.

Bu barədə Unikal.org-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhərində layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində Təhsil nazirinin müvafiq əmrinə əsasən, pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün və məktəbəhazırlıq qruplarında isə həftədə 4 gün tədris əyani formada təmin edilir.