Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin iclası mayın 19-da Düşənbədə keçiriləcək.

Unikal.org  xəbər verir ki, iclasda Ermənistanın Qaragöl ətrafında yaranan situasiya ilə bağlı məsələ qaldıracağı gözlənilir.

Ermənistanı tədbirdə xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan təmsil edəcək.