Türkiyənin Karaman əyalətindəki evlərin birində baş verən mübahisə zamanı Azərbaycanlı qadın bıçaqlanıb. 

Unikal.org-un məlumatına görə, Ülkər.A adlı qadına birlikdə yaşadığı şəxs xəsarət yetirib.

Bildirilir ki, hadisə yerinə polis və səhiyyə işçiləri cəlb edilib. Qolundan və boyunundan yaralanan qadın xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxsin hələlik adı bəlli deyil.