Təlimlərdə plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

***

10:50

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən Unikal.org-a bildirilib ki, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.