Dövlət Sərhəd Xidmətinin (DSX)əməkdaşlarının öldürülməsi və qanunsuz narkotik maddələrin ölkə ərazisinə keçirilməsi ilə başlanan cinayət işinin istintaqının aparılması Baş prokurorun göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Bu barədə Unikal.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.