Gəncədə 2 təcili yardım maşını toqquşub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə Əziz Əliyev prospektinin kəsişməsində qeydə alınıb. 

Qəza zamanı bir həkim və bir sürücü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.