Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarına aşıb.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.