Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.