Bakı şəhəri Xətai rayonunda intihara cəhd olub.
Unikal.org-un
məlumatına görə, hadisə
Seyid Əzim Şirvani 12 ünvanında qeydə alınıb. Belə ki, Kərimova Əsmər Vaqif qızı özünü yaşadığı binadan atıb.  Çoxsaylı sınıq xəsarətləri alan Ə. Kərimova ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə Ə. Kərimovanın qardaşı da eyni üsulla intihara cəhd etmişdi.

Famil Fərhadoğlu