Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.