Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Unikal.org xəbər verir ki, bu gün 236 nəfər koronavirusun qurbanı olub.

204 min 637 COVID-19 testi aparılıb ki, bunun da 11 min 472-si müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 563-dür.

38 min 814 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 938 min 838-ə çatıb.