Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, 14 may tarixindən Azərbaycanın 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verilib.

Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.