Türkiyənin Kadıköy ərazisində oğurluq hadisəsi baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  100 min TL (20 min  manat) dəyərində olan  motosiklet 30 saniyə içərisində oğurlanıb. Belə ki, iki nəfər ərazidə boş qalan motosikleti saniyələr içərisində  oğurlayaraq, uzaqlaşıb.  Həmin anlar anbaan kameralara əks  olunub.