İranda son sutka ərzində 297 nəfər koronavirusdan ölüb.

Unikal.org  xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 76 231 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 14 246 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 722 007-yə yüksəlib.

Hazırda virus daşıyıcılarından 5 481 nəfərin vəziyyəti ağır qiymətləndirilir.