"Müqəddəs Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı səmimi qəlbdən təbrik edirəm".

Unikal.org xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

"Ən yüksək mənəvi dəyərləri özündə ehtiva edən bu mübarək bayramda ölkəmizə və dünyamıza sülh, sağlamlıq, bərəkət arzulayıram. Allah ibadətlərinizi qəbul etsin!", - o əlavə edib.