Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, çayxananın icarədarı A.Zeynalov və orada olan 8 müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.