Rusiyada son sutka ərzində daha 8115 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 896 842 nəfərə çatıb.

Son sutka ərzində 329 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 113 976 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.