Yaponiyada kimyəvi zavodda partlayış baş verib.

Unikal.org NHK televiziya kanalına istinadən xəbər verir ki, partlayış Fukusima prefekturasının İvaki şəhərində yerləşən zavodda baş verib.

Bildirilib ki, hadisə nəticəsində ən azı dörd nəfər xəsarət alıb.

Partlayışdan sonra müəssisədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları gəlib.