Çinin cənub-qərbindəki Yunan əyalətinin Dali şəhərində yanğınsöndürən helikopter qəzaya uğrayıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, helikopter su götürmək manevrini düzgün həyata keçirməyib və Erhay gölünə düşüb.

Hadisə nəticəsində helikopterdə olan dörd ekipaj üzvünün hamısı ölüb.