Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.