Gəncədə müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.

Unikal.org xəbər verir ki, külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb. Nəticədə müxtəlif yerlərdə rabitə, elektrik və qaz xətləri sıradan çıxıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.