Hindistanda son sutka ərzində koronavirusa 414 188 yoluxma qeydə alınıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 21,4 milyonu ötüb. Gün ərzində virusa yoluxmuş 3915 nəfər ölüb. Epidemiya qurbanlarının ümumi sayı 234 083-ə çatıb.