Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi həbs olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nazir vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur.

Qeyd edək ki, Ə.Ş.əl-İmadi 2013-cü ildən maliyyə naziri vəzifəsində işləyib. O, həmçinin "Qatar Airways" aviaşirkətinin prezidenti və Qətər Milli Bankının Direktorlar Şurasının sədridir.