Rusiyada son sutka ərzində koronavirusa 7 639 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 855 128 nəfərə çatıb.

Rusiyada son bir gündə 351 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 112 246 nəfərdir. İndiyədək 112 246 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.