“Microsoft” şirkətinin sahibi Bill Qeyts boşanma qərarı aldığı həyat yoldaşı Melinda Qeytsə ödədiyi külli miqdardakı təzminat ilə hər kəsi təəccübləndirib. 

Unikal.org xəbər verir ki,  dünyanın 4-cü ən zəngin iş adamı həyat yoldaşına şirkətinin 1,8 milyard dollar dəyərindəki hissəsini verib.

124 milyard dollar sərvətinə  malik Qeytsin bu addımı dünyanın ən bahalı boşanması olaraq qeyd olunub.