"Kəlbəcər və Laçından başqa işğaldan azad olunmuş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır".

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O vurğulayıb ki, Kəlbəcərdə hava şəraiti və yerin qarla örtülməsi minatəmizləmə əməliyyatlarının aparılması üçün əlverişli deyil.

Şöbə müdiri bildirib ki, hava şəraitinə uyğun olaraq may ayından etibarən digər ərazilərdə də əməliyyatlar aparıla bilər.

"Kənd təsərrüfatı təyinatlı ərazilər belə düşmən tərəfindən minalanıb. Həmin ərazilərdə hərbi silah-sursatlara rast gəlinir" - o bildirib.