Yaponiya, yeni növ koronavirus (COVID-19) təsiri altında olan Hindistana 50 milyon dollar  dəyərində  tibbi  yardım göndərəcək.

Unikal.org xəbər verir ki, hər iki ölkənin baş nazirlərinin onlayn formatı  zamanı qeyd olunan yardıma Hindistan tərəfi  təşəkkürünü  bildirib.

Belə ki,  Yaponiya Hindistana tənəffüs aparatları və oksigen qatılaşdırıcı maddələr daxil olmaqla müxtəlif sağlamlıq avadanlıqları göndərəcək.