Sabirabad rayon sakininin üstünə traktor aşıb.

Unikal.org xəbər verir ki, Sabirabad rayonunun Qaraqaşlı kənd sakini, 1989-cu il təvəllüdlü Səmədov Arif İlyas oğlu traktoru idarə edərkən onu aşırıb. Bu zaman traktordan tullanmaq istəyərkən traktor onun üstünə aşıb. 31 yaşlı traktorçu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.