Abşeron rayon sakinindən hədə-qorxu ilə pul tələb edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini S.Ələsgərli barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq hədəsi ilə Bakı şəhər sakini V.Həsənovdan tələb etdiyi 2000 manatı alarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.