Abşeron rayonunda mağazada yanğın hadisəsi olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Mehdiabad qəsəbəsində ümumi sahəsi 374 m² olan mağazada rəflərə yığılan təsərrüfat malları 1 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.