"Valensiya" baş məşqçisi Xavi Qrasiya ilə vidalaşıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, "yarasalar" 51 yaşlı mütəxəssislə yollarını ayırıb. O, 2020-ci ilin iyulundan komandanın sükanı arxasına keçmişdi.

Komandaya müvəqqəti olaraq Salvador Qonsales rəhbərlik edəcək.

Qeyd edək ki, ötən gün "Barselona"ya uduzan (2:3) komanda turnir cədvəlində 36 xalla 14-cü pillədədir.