Balakəndə yanğın olub. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.