“Ayaks” futbol klubu vaxtından əvvəl Niderland çempionu olub.

Unikal.org xəbər verir ki, çempionatın 31-ci turunda “Emmen”i 4:0 hesabı ilə məğlub edən paytaxt klubu birinciliyini təmin edib.

“Ayaks”ın ən yaxın izləyicisi olan PSV sona üç tur qalmış liderdən 14 xal geri qalaraq çempionluq şansını itirib. Bununla da “Ayaks” tarixində 35-ci dəfə ölkə çempionu titulunu qazanıb.