Portuqaliyada "Formula 1" qran-prisində "Mersedesin" pilotu Lüis Hemilton çempionatın üçüncü mərhələsində qələbə qazanıb.

Unikal.org xəbər verir ki, yarış Portimanda keçirilib.

İkinci yeri "Red Bull"dan Niderland idmançısı Maks Ferstappen tutub. Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.

Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.