Mingəçevir şəhərində yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.