Hazırda Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O bildirib ki, sıxlığa səbəb prospektdə 20 Yanvar dairəsi istiqamətində iki yerdə baş verən yol nəqliyyat hadisəsidir: “Qəzalardan biri Çermet körpüsü adlanan hissədə, digər isə Atatürk prospekti ilə kəsişmədə baş verib”.