Gömrük orqanlarının həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Tvitter"də yazıb.

“Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Biləsuvar gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, deyə S. Mehdiyev qeyd edib.