Tanınmış sənət  adamları  mərhum Əməkdar artist Baloğlan Əşrəfovun məzarını ziyarət ediblər.

Unikal.org xəbər verir ki, onlar arasında Əməkdar artist Rühəngiz Allahverdiyeva, müğənni Nazənin və meyxanaçı Samirə Yusifqızı yer alıblar. Sənətçilər lentə aldıqları videonu "Instagram" hesabında yayımlayıblar.

Qeyd edək ki, B.Əşrəfov 70 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib. O, Masallının Bədəlan kəndində valideynlərinin yanında dəfn edilib.