Türkiyəli məşhur aktyor Özcan Dəniz keçmiş həyat yoldaşı Feyza Aktandan şikayətçi olub.

Unikal.org Türkiyə KİV-ə istinadən  xəbər verir ki, sənətçi 10 gündür oğlundan xəbər almadığını bildirib:

"Güvənlik kamerasından bəzi görüntülər gördüm, narahat oldum. Görüntüləri prokurora verdik. Oğlumun doğum günüdür. Onunla birlikdə ola bilmirəm".