Türkiyəli məşhur aktyor  Can Yamanın italyan sevgilisi Diletta Leotta ona xəyanət edib.

Unikal.org Türkiyə  KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Canın evlilik təklifi etdiyi Dilettanın bir nəfərlə səmimi görüntüləri yayılıb.

Leottanın milyonçu Rayan Friedkinlə öpüşdüyü anın fotosu İtaliya mətbuatında dərc edilib. Bu xəbərlə də bir neçə gün əvvəl Yamanla Dilettanın ayrıldığı haqda yayılan şayiələr öz təsdiqini tapıb.