Koronavirusa  yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.

Bu barədə Unikal.org-a açıqlamasında Niyaməddin Musayev bildirib.  Xalq artisti tamamilə sağaldığını  və  yaxşı olduğunu da dilə gətirib:

"20 gün  xəstəxanada yatdım. Vəziyyətim ağır idi, həkimlər məni  sağaltdı. Onlara minnətdarlığımı  bildirirəm. Hazırda yaxşıyam, artıq evimdəyəm". 

Gülayə Mecid