Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya səfər edib.

Unikal.org  xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb. Lukaşenkonun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü keçiriləcək.

Qeyd edək ki, bu, liderlərin son iki ay ərzində ikinci görüşüdür. Tərəflər fevralda Soçidə bir araya gəlmişdilər.