Aprel ayının 22-də Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Federal Universiteti”ində tələbələr,aspirantlar və gənc tədqiqatçılar üçün  “Turizm-rekreasiya komlekslərinin dövlət və bələdiyyə idarəetməsi: rusiya və xarici təcrübə” mövzusunda beynəlxalq konfrans keçirildi.

ATMU-dan Unikal.org-a verilən məlumata görə, konfransın işində ATMU-nun  Turizm və qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov iştirak edirdi. Dekan B.Bilalovun Plenar iclasda “Azərbaycan Respublikasında turizmin dövlət idarəedilməsi” mövzusunda məruzəsi maraqla dinlənilib.