“Mən düşünürəm ki, şantaj kimi hadisələrin davamlı olması cəmiyyətdə çox pis bir ovqat yaradır. Şantaj adiləşir, insanların içində qəzəb, kin duyğuları qabarır"

Unikal.org xəbər verir ki, bunu  Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.

O bildirib ki, bu kimi hadisələr insanları qarşı-qarşıya qoyur:

"Bilirəm ki, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olacaq. Videodan başa düşülür ki, hansısa bir konfrans öncəsidir və bu görüntülər yalnız həmin konfransın texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində “görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü” kimi suallar yaranır. Videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları kəskin münasibət bildirib, belə məsələlərin sosial şəbəkələrdə yayılmasını sonlandıracaqlar”.