Yeni Azərbaycan Partiyasının son qurultayında nizamnaməyə və strukturlarında edilən dəyişikliklərdən sonra bir sıra şəxslər də vəzifələrini itirəcəklər.

Unikal.org-un əldə etdiyi məlumata görə, dəyişiklikdən sonra YAP-da iki vəzifə daşımaq mümkün olmayacaq. Bu səbəbdən də yaxın günlərdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov buradakı vəzifələrindən azad olunacaqlar. 

Belə ki, adıçəkilən şəxslər qurultayda Təftiş komissiyasının üzvləri seçildikləri üçün ikinci vəzifə daşıya bilməzlər. Ona görə də üç deputat YAP təşkilat sədri vəzifələrindən çıxarılırlar. 

Murad İbrahimli