Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Erkin Qədirli Rusiya müxalifətinin lideri Aleksey Navalnının işi üzrə hazırlanmış hesabatın lehinə səs verib.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkilinin təmsil etdiyi REAL partiyası məlumat yayıb.Məlumatda bildirilir ki, hesabat qurumun Hüquq Komitəsində müzakirə edilib.  Sənədlərdə Rusiya tərəfinin Navalnını buraxmağa və onunla bağlı Avropa Məhkəməsinin qərarını tam icra etməyə çağırılır. Hesabat və ondan irəli gələn qətnamə layihəsi plenar iclasda da səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti yaxın keçmişdə Rusiyanın əleyhinə olan heç bir sənədi dəstəkləməyib.