Qırğızıstan Səhiyyə naziri Alımkadır Beyşenaliyev zəhərli yovşan bitkisinin yeni növ koronavirus (Covid-19) xəstələrinin müalicəsində istifadə edildiyini və təsirli olduğunu irəli sürüb. 

Unikal.org xəbər verir ki, bundan sonra nazir  canlı yayımda həmin bitkidən hazırlanmış çayı qəbul edib. 

Nazirin bu çıxışından sonra iki qırğız vətəndaşı  bitkini dəmləyərək içib. Hər iki şəxs xəstəxanalıq  olub. Xəstəxana  zəhərlənən şəxsləri  nəzarətə götürüb.  

Belə ki,  xəstələrin yovşandan uzun müddətdir terapevtik məqsədlər üçün istifadə etdikləri və 2 gün əvvəl dozanın artırılması nəticəsində vəziyyətlərinin pisləşdiyi bildirilib.