Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.