"Bu gün Almaniya Federal Kansleri xanım Dr. Merkel Avropa Şurası Parlamentində Dağlıq Qarabağla bağlı açıqlama verib və Krımla Dağlıq Qarabağ arasında bir növ eyniləşdirmə aparıb. O bildirib ki, “Ölkələrin suverenliyi və ərazi toxunulmazlığını sual altında qoymaq və pozmaq, bizim birgə əsas dəyərlərimizə ziddir, hansı ki biz bunu Krımda və Dağlıq Qarabağda yaşadıq”.

Unikal.org xəbər verir ki, bu barədə  deputat  Nurlan Həsənov bildirib. N. Həsənov vurğulayıb ki, xanım kansler Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmasını dolayı yolla ifadə edib: "Bu ilin fevral ayında Xocalı soyqırımı ilə bağlı Almaniya-Azərbaycan dostluq forumunda çıxışım zamanı oxşar bənzətmə etmişdim. O zaman bildirmişdim ki, beynəlxalq hüququn tələblərinə biganə yanaşılması, heçə sayılması dünyada separatizm meyllərini gücləndirir, hansı ki, bunu bü gün Ukraynada və Qarabağda görmək olar".